Bakıda gecə klubunda 5 nəfərin bıçaqlanması ilə nəticələnən hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
Mynews.az bildirir ki, Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ilə bağlı keçirilən əməliyyat nəticəsində gecə klubunda 5 nəfəri bıçaqlamaqda təqsirləndirilən Yağmur Amanov saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Y.Amanov Türkmənistan vətəndaşıdır.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, yanvarın 14-də gecə saatlarında Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində baş vermiş dava nəticəsində 5 nəfər bıçaqlanıb. Hadisə nəticəsində 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə yerləşdirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub