Bakı sakini parkinq yerinə görə qonşusu ilə dalaşıb, sonra isə onu qətlə yetirib.
Mynews.az xəbər verir ki, bu barədə APA agentliyi məlumat yayıb.
İnsident Bakının Yasamal rayonu ərazisində baş verib. Mübahisədə iki nəfər iştirak edib, onlardan biri digərinə doqquz bıçaq zərbəsi endirib. Zərərçəkən ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Bakı sakini polis tərəfindən saxlanılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl, yanvarın 12-də Rusiyanın Kamçatka bölgəsinin sakini Yeni il süfrəsindəki bütün yeməkləri yediyinə görə öz dostunu qətlə yetirmişdi. İki dost Yeni il bayramını onlardan birinin mənzilində qeyd edib və saatın əqrəbləri 12-ni göstərdikdən sonra süfrədəki bütün yeməklər yoxa çıxıb. Evin sahibi qonağın baş nahiyəsinə ağır zərbə endirərək, bayram şənliyini başqa tanışı ilə keçirməyə yollanıb; mənzildə qalan qonaq aldığı xəsarətdən dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub