Kolumbiyada tikilməkdə olan avtomobil körpüsünün uçması nəticəsində azı doqquz nəfər həlak olub, beş nəfər yaralanıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Çiraxara bölgəsində baş verib.
Qəza qurbanları tikintidə iştirak edən fəhlələrdir. Gözəl mənzərəli vadinin üzərindən keçən 450 metr uzunluqdakı körpü paytaxt Boqota ilə Villavisensio şəhərini birləşdirən avtomobil yoluna aid olub. Ölkənin nəqliyyat naziri Qerman Kardona qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Rəsmilərin sözlərinə görə, həmin vaxt işçilərin çoxu əmək təhlükəsizliyi haqqında səhər təlimatında olub. Bu, çoxsaylı itkinin qarşısını alıb.
Çökən nəhəng körpünün fotoşəkillərini təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub