Bakıda 47 yaşlı Şahin İsgəndərov tibb ekspertizanın rəyinə əsasən 9 bıçaq zərbəsi ilə qətlə yetirilib. Xəbərçi.az məlumat verir ki, hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib. Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb. Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Şahin İsgəndərovu qonşusu Vidadi Rzayev qətlə yetirib. Həbs olunan 57 yaşlı V. Rzayevin bacısı oğlu 27 yaşlı Rüfət (ad şərtidir -red) Xəbərçi.az-a danışıb:
"Dava çox adi bir şey üstə maşın park etmək üstə olub. Dayım həbs olunub. Hadisənin təəffərüatlarını hərə bir cür yazır, bir cür izah edir. Əslində bıçaq mərhumun üstündə olub. Dayım deyirdi 3 bıçaq vurub, amma tibbi ekspertizanın cavabına görə 9 bıçaq yarsı aşkarlanıb. Dayım onu niyə bıçaqlayıb? Çünki söyüş söyüb və deyib ki, zor edirəm istəsəm evinin içində də maşınımı saxlayaram. Əgər dayım onu vurmasaydı, o bunu vuracaqdı. Dayım sadəcə özünü müdafiə edib. İndi də mərhumun ailəsi qana qan istəyir. Evi sökürlər, dava-qırğın edirlər. Deyirlər qanı qanla yuyacağıq. Onsuzda dayım həbs olunub və bilinmir həbsxanadan ölüsü çıxacaq ya dirisi ... Amma bu insanlar indi də dayımın ailəsi ilə düşmənçilik aparır ".
1
Elxan Paşayevin ölkədən çıxışına qadağa qoyuldu
1142 dəfə oxunub
2
Buraxılış imtahanının formatı dəyişdi
1140 dəfə oxunub
3
Bakı – Sumqayıt qatar xəttində ölüm
1127 dəfə oxunub
4
Bu kanallara lisenziya verildi
1126 dəfə oxunub
5
Bu xəstəliyin müalicəsini icbari tibbi sığorta qarşılayır
1125 dəfə oxunub