Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş bir ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.
Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub