Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub.
Mynews.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü, Ç. Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.
Onun sözlərinə görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib.
R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb.
Məhkəmə qərarı ilə axtarışda olan R.Əhmədov özünə məxsus mənzildə saxlanılıb.
Ceyhun Yusifov əlavə edib ki, o, bu günə qədər üç dəfə cinayət törədib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub