Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib.
Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədi ilə qəbiristanlığa gedərək valideyninin qəbrinin yanındakı dirəkdən intihar etmək məqsədi ilə özünü asıb. 54 yaşlı Gülşad İsgəndərova son anda qurtularaq Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya verilən məlumata görə, Gülşad İsgəndərova travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
APA-ya daxil olan məlumata görə, hadisə baş verən an qəbiristanlığın yaxınlığından keçən Şəki sakini orada bir nəfərin özünü dirəkdən asdığını görüb və DİN-nin 102 xidmətinə zəng edib.
Əraziyə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilərək Gülşad İsgəndərovanı son anda xilas edə biliblər. Gülşad İsgəndərovanın üzərindən intihar etmək məqsədini bildirən məktubun çıxdığı bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub