Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, bir ədəd patron darağı və iki patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub