Şəkidə dəhşətli olay baş verib.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayon sakini Gülşad Ələkbər qızı İsgəndərova intihara cəhd edib.
O, qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib.
Gülşad İsgəndərova travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub