Neftçalalı şəhid doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılıb.
Mynews.az xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.
Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub