Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı, dövlət televiziyasında Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru Nurlana Cəfərova yanğın baş verən binada yaşadığını deyib. O, hadisə haqqında sosial şəbəkədə məlumat verib:
“Biz yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi”.
Aparıcının sözlərinə görə, külək güclü olduğu üçün yanğını söndürmək çətin olub:
“Az qalmışdı yanaq. Elə qorxduq ki, evdən tez çıxdıq”.
Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumtına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və yanğın söndürülüb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub