Lerikin Orand kəndində 4 nəfərin ölümünə səbəb olan ev söküləcək. Hazırda əşyalar uçqun altından çıxarılır.
Mynews.az xəbər verir ki, bu barədə azvision.az-a ev sahibi, kəndin bələdiyyə sədri Hamil Mustafayev deyib.
Onun sözlərinə görə, uçqun altında qalan ev yararsız vəziyyətə düşüb.
“Orada yenidən ev tikmək risklidir. Biz həmin evi bərpa etsək, təhlükəli ola bilər. Kömək etsələr başqa yerdə ev tikə bilərik. Bizim öz hesabımıza ev tikməyə imkanımız yoxdur. İcra başçısı Rövşən Bağırov hadisə yerinə gələndə bizə köməklik göstərəcəyini, aidiyyatı qurumlara məlumat verəcəyini deyib”.
Dağıntıdan sağ çıxmış azyaşlı Elcanın vəziyyətinin normal olduğunu deyən H.Mustafayev onun iki gün əvvəl xəstəxanadan evə buraxıldığını söyləyib.
Lerik Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunin aparıcı məsləhətçisi Raul Xanıyev bildirib ki, qar uçqunu altında qalmış evin tikilməsi üçün müvafiq qurumlar qarşısında vəsatət qaldırılıb: “İcra başçısı Rövşən Bağırov hadisə yerində olub. Evin tikilməsində ailəyə maddi yardım göstəriləcək”.
Qeyd edək ki, bir neçə gün öncə Lerikin Orand kəndində qar uçqunu olub. Uçqun nəticəsində Əhliman Mustafayevin həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Azyaşlı Elcan uçqun altından sağ çıxarılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub