Görkəmli alim Əsəd Musayev vəfat edib.
Mynews.az xəbər verir ki, bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Bildirilib ki, Ə. Musayev yanvarın 21-də 80 yaşında dünyasını dəyişib.
Əsəd Cənnət oğlu Musayev uzun müddət Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edib.
Ə. Musayevin tədqiqat işləri nəticəsində yüzlərlə buğda, çovdar və digər dənli bitkilərin təbii hibrid formaları toplanıb. Rəhbərlik etdiyi "Bitki seleksiyası" şöbəsində bir sıra buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, tritikale bitkilərinin 20 mindən çox genofondunun toplanmasına nail olunub, dənli, dənli-paxlalı bitkilərin 90-dan çox sortu yaradılıb, KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə verilib. İndiyədək onlardan 47-si rayonlaşıb və patentləşib. Bu sortlar hər il respublikada 600 min hektardan artıq sahədə əkilir.Mərhum alim "Şərəf nişanı" ordeni ilə təltif edilib, əməkdar kənd təsərrüfatı işçisi fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub