USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda dörd yaşlı uşağın bağçada döyüldüyü iddia edilir FOTO

12:52 23.01.2018
Bakıda dörd yaşlı uşağın bağçada döyüldüyü iddia edilir FOTO
12:52 23.01.2018

Redaksiyamıza Bakıdakı bağçaların birində uşağın döyülməsi ilə bağlı şikayət daxil olub.

Mynews.az bildirir ki, Oxu.Az-a müraciət edən Gülnarə Quliyeva övladının bağçada döyüldüyünü iddia edir.

O deyir ki, “I-Kids” adlı bağçada onun övladına xəsarətlər yetiriblər:

“Oğlum dörd yaş yarımlıqdır. Nitq geriliyi var, ancaq psixoloji problem yoxdur.

İki ildir “I-Kids” adlı özəl bağçaya gedir. Montesori proqramı ilə işlədiyi üçün buranı seçdik. Bağçaya ayda 350 AZN pul ödəmişik. Son altı ayda uşağın bədənində göyərti, yaxud yaraya oxşayan bir qızartı olurdu. 

Məsələ ilə bağlı bağçaya müraciət etdim, cavab olaraq bildirdilər ki, uşaq hiperaktivdir, özünü ora-bura çırpır. Sonuncu dəfə evə gətirəndə bədənində dərin cızıq var idi. Görəndə narahat oldum ki, niyə mənə heç bir xəbərdarlıq etməyiblər”.

Valideyn bağçanın həkimi ilə əlaqə saxlayıb. Maraqlananda deyiblər ki, uşaqdakı yara bağçada yaranmayıb. 

“Ola bilər ki, evdə olanda nəsə baş verib”.

G. Quliyeva bağça müdiri Aytən Tağıyeva ilə görüşüb. Müdir bildirib ki, məsələ araşdırılacaq, lakin hadisənin bağçada baş verməsi mümkün deyil. 

“Uşağın qrupunu dəyişdirdilər, yenə müdirlə görüşməyə cəhd etdim, alınmadı. Əvəzində müavinlə görüşdüm. Direktor müavinindən müəllimlərin diplomları və sağlamlıqları haqqında arayış istədim. Mənə cavab olaraq bildirdilər ki, siz paranoyaksınız, həyatınızda olan problemlərdən başınız xarab olub. Artıq uşağı bağçaya gətirməməyimi istədilər və qapıları üzümə bağladılar”. 

Məsələ ilə bağlı “I-kids” uşaq bağçasının tibb bacısı Svetlana xanımla əlaqə saxladıq. O, G.Quliyevanın iddialarını əsassız adlandırdı:

“İdris Quliyev biz bağçamızda üç ilə yaxın tərbiyə olunub. Bu illər ərzində uşağa qarşı heç bir zorakılıq olmayıb. Gülnarə xanımla aramızda yazışmamız var məndə”.

G.Quliyevanın bağçadan uzaqlaşdırılmasına səbəb dəfələrlə onları etmədikləri hərəkətlərdə ittiham etməsi olub:

“Xanım bizə müraciət edərək, tərbiyəçilərin şəxsi məlumatlarını və sağlamlıq haqqında arayış istədi, lakin biz rəsmi sorğu olmadan belə məlumatları fərdi şəxslərə verə bilmirik”. 

Bağça həkimi iddia edir ki, xanımın problemi ailədaxili çətinliklərlə əlaqədardır:

“Demirik ki, uşağı evdə döyürlər, lakin hadisə bizim bağçamızda baş verməyib. G.Quliyevanın iddiası əsasızdır, onun əlində heç bir sübut yoxdur. Gülnarə Quliyeva bağça əməkdaşlarına şər atdığı üçün biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət edəcəyik”.


Xəbər lenti

300x200r