Lənkəranda döyülən sakinlərdən daha biri ölüb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.
Qeyd edək ki, Liman şəhəri ərazisində, yanvar ayının 13-ü 48 yaşlı Samirə Miriyeva və onun anası 69 yaşlı Humay Qarayeva, yanvarın 14-də isə 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov evində döyülüb.
Müxtəlif bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarətləri ağır olan 48 yaşlı Samirə Miriyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub