AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə davam edib.
Mynews.az Lent.az-a istinadən məlumatına görə, Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən, Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən, bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
İlkin araşdırmalarla G.Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub