Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürqarabucaq kəndində yaşayan Absalam Mustafayevin evinə baxış keçirilib və oradan müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Bulaqlı kənd sakini olan 4 nəfərdən ümumilikdə 4 ədəd - 2 “TOZ”, 1 “İJ” və 1 “Simson” markalı tüfənglər götürüblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən isə Qobustan qəsəbəsinin ərazisində “Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub