Sumqayıt şəhərində məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb.
Mynews.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonda, 21 nömrəli tam orta məktəbin qarşısında baş verib. Belə ki, 39 yaşlı Bəsdi Tanrıverdiyeva və 8 yaşlı qızı Fidan Tanrıverdiyeva Sumqayıt şəhər 21 nömrəli məktəbdən çıxarkən onları avtomobil vurub.
Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib. Yaralı ana dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub