Rusiya paytaxtı Moskvada dəhşətli cinayət törədilib.
Mynews.az xəbər verir ki, bu haqda Moskva İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.
Onun sözlərinə görə, gənc tanış qızı boğaraq öldürüb və onu zorlayıb, daha sonra isə intihar edib. Onların cəsədləri çərşənbə axşamına keçən gecə Kazakov (Basman rayonu) küçəsindəki mənzildə tapılıb. Mərhumların hər ikisinin 19 yaşı var idi.
Münaqişənin səbəbi hələlik məlum deyil.
Məlumata görə, cavan oğlan Bauman adına Moskva Dövlət Texniki Universitetində oxuyurdu. O, Ali İqtisadiyyat Məktəbinin tələbəsi olan qızla birlikdə kirayə evdə qalırdı. Deyilənə görə, oğlanın qıza olan sevgisi cavabsız qalıb.
Gəncin cinayətdən sonra bu haqda sosial şəbəkələrdə baş verənlər barədə yazdığı bildirilir. O, həmçinin qızın valideynlərindən əməlinə görə üzr istəyib
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub