Mynews.az xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib.
Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış.
Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.
Son aylarda daha da amansızlaşan ana uşağı kəmərlə döyüb, xlor içirtdikdən sonra, çaydanla baş nahiyyəsinə ağır zərbə endirərək qətlə yetirib.
Cinayəti gizlətmək məqsədilə uşağı nərdivanlardan aşağı yuvarladan qadın onun ölüm səbəbini gizlətməyə çalışıb.
Polis iddialara aydınlıq gətirmək məqsədilə cəsədi ekspertizaya göndərib. Nəticədə məlum olub ki, uşaq yıxılmaqdan ölməyib.
Cinayətkar ana ifadəsində bildirib ki, uşaq ölmək istəyirdi və "məni döy" deyə yalvarırdı:
"Oğlum mənə deyirdi ki, ana, məni döy. Mən də döyürdüm. O, bunu özü istəyirdi".
Qadın törətdiyi cinayətləri etiraf edib. Məhkəmənin qərarı ilə ona ömürlük həbs cəzası kəsilib
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub