Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olmadı barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
R.Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti əldə etdiyini bildirib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub