Paytaxt Bakıda fəaliyyət göstərən klinikalardan birində unikal cərrahiyyə əməliyyatı keçirilib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, xəstənin 3 yaşında ayağına batan taxta parçası 66 yaşında çıxarılıb.
Həkimlər düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlayıblar.
Pasient bildirib ki, 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Amma 66 yaşlı xanım pasientin ayağındakı yaralar heç sağalmayıb.
Müayinə zamanı yaraların dibində yad cismin olması şübhəsi yaranıb. Həkim Məhəmməd Kərimov deyir ki, əməliyyat zamanı xəstənin ayağından taxta parçası çıxıb.
Əməliyyatdan 1 həftə sonra müayinə zamanı yaraların təmizləndiyi, sağlam toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə uzun illərdir əziyyət çəkdiyi dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub