Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.
İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.
Qeyd edək ki, məsələ haqda Göyçay rayon Prokurorluğundan verilən məlumata görə kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsiklə cinayət işi başlanılıb.
Hadisəni törədən R.Həşimov saxlanılıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub