"Masazır qəsəbəsində "Zəli gölü" kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır".
Mynews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib.
Hadisənin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub