Sumqayıtda 8 aylıq uşaq sancaq udub.
Hadisə bir neçə gün əvvəl Sumqayıt şəhərində baş verib. Uşağın narahatlığını görən valideynləri körpəni Bakıya gətirərək müayinə etdiriblər. Bu zaman onun qida borusunda sancaq olduğu müəyyənləşib.
Həkim Habil Hüseynov körpəyə narkoz verərək onun mədəsindəki sancağı çıxarıb. Həkim deyir ki, sancaq açıq olduğu üçün hər an daxili orqanlara zərər verə bilərdi.
Həkimlər mədəyə düşən sancağı uğurlu əməliyyatla çıxarıblar. Valideynlərin sözlərinə görə, sancaq uşağın papağına vurulub. Ehtimal olunur ki, körpə sancağı papağından çıxardarar udub.
Həkimlər tövsiyə edir ki, körpə uşaqları üzərində dəmir əşyalar və cisimlər olan oyuncaq və paltarlardan uzaq tutsunlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub