Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mynews.az-a -verilən məlumata görə, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb. Onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Həyata keçirilən digər tədbirlər nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Həsənabad qəsəbə sakini Çingiz Ağayevin yaşadığı evə baxış zamanı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Göyçay rayon sakini Daşqın Məmmədovdan ümumilikdə, 2 ədəd müvafiq sənədləri olmayan “ТОZ” markalı tüfəng götürüblər.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub