Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.


1
Elxan Paşayevin ölkədən çıxışına qadağa qoyuldu
1142 dəfə oxunub
2
Buraxılış imtahanının formatı dəyişdi
1140 dəfə oxunub
3
Bakı – Sumqayıt qatar xəttində ölüm
1127 dəfə oxunub
4
Bu kanallara lisenziya verildi
1126 dəfə oxunub
5
Bu xəstəliyin müalicəsini icbari tibbi sığorta qarşılayır
1125 dəfə oxunub