"Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib".
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.
Onun sözlərinə görə, xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb: "Bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu ilə daxil olub. Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib. Sarğı olunub, yarası təmizlənib, ağrıkəsicilər vurulub, antibakterial terapiya aparılır". (Report)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub