Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub