Rusiyanın paytaxtı Moskvanın mənzillərindən birində cinayət hadisəsi baş verib. 46 yaşlı, Azərbaycanda doğulmuş qadın səhər saatlarında mənzildən çıxan qəribə səslərə oyanıb.
Mynews.az Oxu.Az -a istinadən xəbər verir ki, səslərdən təşvişə düşən qadın evdə yad bir kişinin olduğunu görüb.
Həmin şəxs cibindən tapança çıxararaq, Sivantil B.-nin ayağına bir neçə dəfə atəş açaraq, hadisə yerindən qaçıb. Qadın güllə yaraları ilə xəstəxanaya çatdırılıb.
Qadın hüquq-mühafizə orqanlarına verdiyi açıqlamada axşam mənzilin qapısını bağlamağı unutduğunu bildirib.
Hazırda cinayətkarın kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub