Yanvarın 29-dan 30-na keçən gecə paytaxtın Yasamal rayonunun Zərdabi prospektində 593/72 nömrəli evin sakinləri gecə saat 01:15 radələrində səs oyanıblar.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Zərbədən dərhal sonra binaın həyətində park edilmiş avtomobillərdən birinin siqnalizasiyası işə düşüb.
Həyətə çıxan sakinlər dəhşətli mənzərə ilə qarşılaşblar. Tofas markalı 99 LH 471 dövlət nömrə nişanlı avtomobilin üstündə kişi meyiti var idi.
Hadisə yerinə gələn Yasamal Rayon Polis İdarəsini və prokurorluq əməkdaşları hadisənin təfərrüatını və kişinin kimliyini müəyyənləşdiriblər.
Məlum olub ki, əvvəllər 185-ci maddə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü VƏliyev Nicat Rafael oğlu intiahr edib. O, 23 mərtəbəli binanın 22-ci mərtəbəsinə qalxaraq özünü oradan yerə atıb.
Qeyd edək ki, zədələnmiş avtomobil 1976-cı il təvəllüdlü Aslanov Nazim Sübhan oğluna məxsusdur.
Hazırda intiharın səbəbləri aydınlaşdırılır. Məlumdur ki, VƏliyev bu ünvanda yaşamırdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub