Bakıda, “Ramana qalası”nın yaxınlığında keçmiş məhkumdan satmaq üçün gizlətdiyi iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Mynews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman bir bükümdə çəkisi 0,818 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. Saxlanılan şəxs ifadəsində “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında özünə məxsus, gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından, satmaq məqsədiilə, 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub