Bakının Sabunçu rayonunda sərnişin avtobusunun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb.
Mynews.az-ın "Report"un xəbərinə görə, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.
Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə sərnişin ağır xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada başı müayinə edilən kişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub