Erməni əsgəri Qurgen Sarkisyanın ölümü ilə əlaqədar onun hərbçi xidmət yoldaşı kiçik serjanta qarşı ittiham irəli sürülüb.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, əsgər Qurgen Sarkisyan 2 ay əvvəl - yanvarın 16-da öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnərək başından yara alıb, martın 1-də isə saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.
Ermənistan mediasının yazdığına görə, istintaq zamanı hərbi qulluqçunun yaralanması şəraiti müəyyən edilib. Əldə olunmuş sübutlar əsasında kiçik serjanta Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri görülüb. Lakin qətli törətməkdə ittiham edilən kiçik serjantın kimliyi açıqlanmır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub