İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyiti tapılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, şəhərin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona qayıdan zaman həyətində tanımadığı bir kişinin meyitini görüb.
Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu müəyyənləşib. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilir. Onun hansı səbəbdən öldüyü və meyitinin həyətə necə gətirilməsi müəyyənləşdirilir.
Tək yaşayan Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub