USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sumqayıtda qəza 23 yaşlı qızı avtomobil vuraraq ayağını sındırdı

19:23 03.02.2018
Sumqayıtda qəza 23 yaşlı qızı avtomobil vuraraq ayağını sındırdı
19:23 03.02.2018
Sumqayıt şəhərində yolu keçmək istəyən 23 yaşlı qızı avtomobil vurub.   Mynews.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.   Belə ki, Sumqayıt sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Röya İlqar qızı yaşadığı ərazidə mağazaya getmək üçün yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində gənc qızın ayağı sınıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.   Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Hadisədən sonra sürücü saxlanılıb.    Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti