Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə, saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub