Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Mynews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.
Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
576 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
532 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
503 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
502 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
501 dəfə oxunub