Şəmkirdə evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və əvvəllər məhkum olunmuş İmdat İsayev saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 19-da birlikdə daha bir sakinin evindən qızıl və məişət əşyaları oğurlamaları, həmçinin İ.İsayevin A.Quliyevlə birgə ötən ilin avqust və sentyabr aylarında kənd sakinləri Emin Həsənova məxsus həyətyanı sahədən 3 baş inək və daha bir evdən 1200 manat, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub