Bakıda Qarabağ müharibəsi əlininin naməlum şəraitdə ölümü onun qətl qurbanı olması ilə bağlı ehtimala yol açıb.
Mynews.az xəbər verir ki, bəzi yerli KİV-lər 1974-cü il təvvəlüdlü Əhmədov Mübariz Şamil oğlunun Beynəlxalq Avtovağzalın qarşısında döyüldükən sonra aldığı xəsarətlərdən öldüyü barədə məlumatlar yayıb.
Zərərçəkən baş, boyun və bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və çox keçmədən xəstəxanda keçinib.
Binəqədi rayon Polis İdarəsinin məlumatına əsasən, həmin şəxs 5 fevralda Bakı –Sumqayıt yolunda, Biləcəri enişi yaxınlığında aşkarlanıb. Məhkəmə tibbi ekspertizasının 6 fevral tarixli rəyinə görə, meyitin müayinəsi zamanı qeydə alınan bədən xəsarətləri Əhmədovun yol-nəqliyyat hadisəsi qurbanı olduğuna işarə edir.
Yəni hələlik markası və ya nömrə nişanı müəyyənləşməmiş avtomobilin sürücüsü onu yolda vurduqdan sonra kömək etmək istəməyib və hadisə yerindən qaçıb.
Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozmaqla insan ölümünə səbəb olma) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi açılıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub