Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Mynews.az DİN-ə istinadən xəbər verir ki, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər.
Dərhal həmin şəxsin təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.
Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub