Rusiyanın Tver vilayətində Andreapol rayon Məhkəməsi 12 min şüşə saxta spirtli içkinin qanunsuz dövriyyəsinə görə iki azərbaycanlını şərti olaraq azadlıqdan məhrum edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, iyul 2016-yanvar 2017-ci il müddəti ərzində müttəhimlərdən biri Tver və Moskvada nişanlanmamış spirtli içki məhsulları alıb.
Onunla əlbir olan şəxs saxta spirtli içkiləri Andreopol rayonuna daşıyıb və onu yerli satış nöqtələrinə paylayıb.
Məhsulun ümumi dəyəri azı 2 milyon 200 min rubl (65 000 AZN) təşkil edib.
Əməliyyatçılar müxtəlif brendlərdə olan 12 min 976 şüşə spirtli içkini qanunsuz dövriyyədən çıxarıb.
“Məhkəmə qərarına görə, müttəhimlər şərti olaraq 2, 3 və 2 il müddətinə azadlıqdan məhrum edilib”, – deyə prokurorluğun açıqlamasında bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub