Ötən gün Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Beyləqan rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi Binəqədi rayonunda qeydiyyatda olub.
73 yaşlı kişinin intihar etməsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Şabran Rayon Prokurorluğundan sözügedən sayta verilən məlumata görə, Beyləqan rayon sakini olan İ.Mahmudov Binəqədi rayonunda oğlunun evində yaşayıb. Uzun müddətdir ki, həyat yoldaşından ayrılıb. Həyat yoldaşı isə Beyləqan rayonunda yaşayıb. Sonuncu dəfə oğlunun evindən çıxan İlyas Mahmudov belə bir mesaj verib ki, "tezliklə yer üzərində mənim izim qalmayacaq". Elə o gündən də itkin düşüb. Onun özünü Şabran rayonu ərazisində yandırması isə naməlumdur.
Qeyd edək ki, faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, bir neçə ekspertiza təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub