Tbilisi şəhər məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökm elan edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə F.Ceyranlı altı il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.
Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub.
O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasiyentlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub