Xəzər rayonun 1 saylı Polis Bölməsinin əməkdaşları növbəti ailə zorakılığı faktını qeydə alıb.
Mynews.az xəbər verir ki, fevralın 7-də Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Təranə Əliyevə təcili tibbi yardım xəstəxanasına çatdırılıb.
Qardaşı qadına xəsarət yetirərək onun əlini tanınmaz hala gətirib.
Həkimlər qadına lazımi yardım göstərərək, baş verənlər barədə polisə məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, hadisəni böyük qardaşı, 1966-cı il təvəllüdlü Şüvəlan qəsəbəsi, Bağlar yaşayış massivinin sakini Ağabalayev Elxan Əlikram oğlu törədib.
Məlumata görə, bacı-qardaş arasında münaqişə 19:30 radələrində baş verib. Hazırda Xəzər rayonunun istintaq şöbəsi cinayət hallarını araşdırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub