Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Bakının Xəzər rayonunda baş verib. Şüvəlan qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub