Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elşən Bəşirovun (1989-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az-ın məlumatına görə, ötən il yanvarın 7-də metronun “Xətai” stansiyasının yanında, “Demirchi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə sürücü işləyən Elşən Bəşirov münaqişə zəminində odlu silahdan atəş açaraq satış üzrə menecer - Masallı rayon sakini Əli Ağalını qətlə yetirib.
Hadisədən sonra Bəşirov Xətai RPİ 37-ci polis bölməsinə könüllü təslim olub, ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.
İstintaqın gedişatında məlum olub ki, qətldən bir gün əvvəl Elşən Bəşirovla Əli Ağalı arasında mübahisə yaranıb.
Narazılıq hər iki şəxs şirkətə məxsus avtomobillə Hava Limanına gedərkən baş verib. Aeroportda Ə. Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib.
Özündən dörd yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən Bəşirov ertəsi gün özünə məxsus olan ov tüfəngini götürərək iş yerinə gəlib. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı zərərçəkən hadisə yerindəcə keçinib.
Bugünkü iclasda çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 16-na təyin olunub.
Xatırladaq ki, ötən proseslərdə Elşən Bəşirov ittiham üzrə özünü qismən təqsirli hesab edib, qeyd edib ki, cinayəti psixoloji stress altında törədib, zərərçəkmiş şəxsin hüquqi varisi Xalid Ağayev isə məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini xahiş edib.
1
Bu çörəklərin qiyməti artdı - FOTO
1188 dəfə oxunub
2
Qarın hündürlüyü 37 sm-a çatdı - FAKTİKİ HAVA
1187 dəfə oxunub
3
Ağamalının ölümü ilə bağlı yeni fakt üzə çıxdı
1183 dəfə oxunub
4
ADY hava şəraiti ilə bağlı məlumat yaydı
1182 dəfə oxunub
5
Bu mərkəzə yeni direktor təyin edildi
1182 dəfə oxunub