Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdləri intim əlaqədə olub.
Bununla bağlı redaksiyamıza video daxil olub. Onların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.
Məsələ ilə bağlı 134 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:
“Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur”.
Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.
Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq. (primetime.az)



1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub