Paytaxtın Xətai rayonunda özlərini Vergilər nazirliyinin işçisi və jurnalist kimi təqdim edərək iş adamlarından pul alan şəxslər peyda olub.
Mynews.az-ın xəbərinə görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə gün ərzində pul mənimsənilməsi faktlı ilə bağlı iki ərizə daxil olub.
Məlumdur ki, cinayətlərdən birinin qurbanı Nəbi küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi 1964-cü il təvəllüdlü Niyaz Orucovdur.
O bildirib ki, 1956-cı il təvəllüdlü Nazim Əliyev fevralın 6-da saat 10:00 radələrində mağazaya gələrək özünü Vergilər Nazirliyinin işçisi kimi təqdim edərək pul istəyib.
Əliyev Orucovdan 40 manat alıb.
Elə həmin gün daha bir pul mənimsəmə faktı Telnov küçəsində yerləşən ət mağazasında qeydə alınıb.
Saat 14:00 radələrində özünü jurnalist kimi təqdim edən 1981-ci il təvəllüdlü Susan Salahova mağaza sahibi 1986-cı il təvəllüdlü Anar Həsənovu işdə problem yaratmaqla hədələyərək 30 manat alıb.
Hər iki fakt üzrə araşdırma aparılır. Polisdən bildiriblər ki, hələlik iş üzrə heç kim saxlanılmayıb, lakin hər iki cinayətin bir qruplaşmanın üzvləri tərəfindən həyata keçirilməsi ehtimal olunur.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub