Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutulub.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar.
Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyən edilib.
Həmin cinayəti törətməkdə şübhəli bilinən, 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Belə ki, onlar Bakıxanov qəsəbəsində yerləşən geyim mağazasından 1 ədəd qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də, həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa saxlanılan şəxslər Nizami rayonunda yerləşən uşaq aləmi mağazasında 3 ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar. Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub